Newscenter.az.9.06.2021. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Mərmərə” qrupu strateji və sosial araşdırmalar vəqfinin baş direktoru Akkan Süveri qəbul edib.
Newscenter.az xəbər verir ki, səmimi qardaşlıq şəraitində keçən görüşdə cənab A. Süver İstanbulda keçiriləcək XXIV Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün QMİ sədri Allahşükür Paşazadəni Türkiyə Cümhuriyyətinə səfərə dəvət edib. Əvvəlki Zirvə toplantılarında dəfələrlə iştirak edən Şeyxülislam Allahşükür Paşazadə nüfuzlu tədbirin xitabət kürsüsündən çıxışlar edib.
2021-ci il iyulun 7-9-da İstanbulda təşkil olunacaq Zirvə toplantısının üzbəüz və onlayn olmaqla iki formatda keçirilməsi planlaşdırılır. Builki toplantıda müxtəlif sahələr üzrə, xüsusilə iqtisadi, enerji, səhiyyə, iqlim və telekommunikasiya istiqamətlərində dünyanın qabaqcıl elm, siyasi, ictimai xadimlərinin iştirakı ilə qlobal dünyanın ən vacib mövzuları müzakirə olunacaq.
Mehman