Newscenter.az.9.06.2021. "ABŞ dövlət katibinin köməkçisi Filip Rikerin Ermenistanla Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyasını sovet dövrünun xatirələrinə uyğun həyatə keçirilməsini qeyd etməsi Vaşinqtonun bu məsələdə Azərbaycana dəstəyinin ifadəsidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Rusiya və ABŞ -da bu məsələdə məhz Sovet dövründə xəritələrdən istifadəni önə çəkir:
"Fransa burada Ermenistana dəstək veririr. Bu, Azərbaycan üçün hələledici faktor deyil. ABŞ-la Azərbaycan arasında yeni münasibətlərin inkişafı gözlənilir. Ölkəmizə 120 milyon dollar hərbi yardım, 907-ci düzəlişin bir illik dayandırılması Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. ABŞ üçün Cənubi Qafqaz Mərkəzi Asiyaya açılımı və Rusiyanın regionda mövqeyini zəifkətməkdir".
Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan üçün ABŞ -ın sərhəd məsələlərində dəstəyi prinsipial olaraq Ermənistanın bu məsələdə siyasi təxribatlarının qarşısının alınmasında böyük rol oynayacaq:
"Bundan əlavə, F. Rikerin sərhəddən qoşunların geri çəkməsini qeyd etməsi təbii ki, Azərbaycanı razı sala bilməz".
Mehman