Newscenter.az.10.06.2021. Bu gündən 2021/2022-ci tədris ilində Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasında qiyabi təhsilalma forması üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbuluna başlanılır.
Ali Məktəbdən Newscenter.az-a verilən əlumata görə, tədris ödənişli əsaslarla distant və ya qiyabi formalarda təşkil edilir.
Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla (iş stajı 1 ildən az olmayaraq) Bakı Ali Neft Məktəbi arasında bağlanılmış müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidir.
- Rektorun adına ərizə
- göndəriş-zəmanət məktubu (məktubun əsli poçtla və ya şəxsən təqdim edilir)
- əmək kitabçasının surəti (hazırda işləməsi göstərilmək şərtilə)
- ali təhsil haqqında sənədin diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri
- sağlamlıq haqqında arayış
- şəxsiyyəti təsdiq edən sənəd
- 3/4 sm ölçüdə 4 ədəd fotoşəkli.
Xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra BANM-də təkrar ali təhsil ala bilər. Təqdim olunan sənədlər müvafiq tələblərə cavab verdiyi halda iddiaçılar təkrar ali təhsil almaq hüququnu qazanırlar. Qəbul zamanı dövlət orqanlarının tövsiyyə məktubu ilə gələn şəxslərə üstünlük verilir.
Sənədlərin qəbulu avqustun 20-si saat 17:00-dək (şənbə və bazar günlərindən başqa) BANM-in Xətai korpusunda (Xocalı pr. 30, otaq 310) aparılacaq.
Əlaqə telefonu – 012 521 34 54 (dax: 33039)
E-mail – [email protected]
R.Mehdiyeva