Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş prokurorun köməkçisi vəzifəsindən azad edilib



Newscenter.az.10.06.2021. Baş prokurorun köməkçisi Dağlar Zeynalov vəzifəsindən azad edilib.

“Report”un xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, D.Zeynalov prokurorluqda xidmətdə olmanın son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub.

Hələlik onun yerinə təyinat yoxdur.

Qurumun Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, D.Zeynalov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsində çalışıb. O, daha əvvəl Mingəçevir və Sumqayıt şəhərlərinin prokuroru işləyib.

Xatırladaq ki, bu barədə ilk xəbəri unikal.org saytı yayıb.
Xəbəri paylaş