Newscenter.az.10.06.2021. Milli Məclisin deputatı Jalə Əhmədova Salyanda növbəti dəfə seçicilərinin qəbulunu keçirib.
Newscenter.az xəbər verir ki, fərdi qaydada qəbul zamanı deputat vətəndaşların problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərin həllinə səlahiyyətləri çərçivəsində köməklik göstərəcəyini bildirib.
Jalə Əhmədova yerli icra orqanından asılı olan bəzi məsələlərin yerindəcə həllinə nail olsa da, digər məsələlərin aidiyyatı qurumlara yönləndirilməsi üçün seçicilərdən ona rəsmi müraciət yazmalarını xahiş etdib.
"Qəbula həmçinin təşəkkür üçün gələn seçicilərim də vardı. Problemlərini müsbət həll edə bildiyim seçicilərimə söylədikləri xoş sözlərə görə minnətdaram".
Ruhiyyə