Newscenter.az.10.06.2021. Azərbaycan Respublikası Milli Məclisinin deputatları Jalə Əhmədova və Tamam Cəfərova iyunun 10-da Kəlbəcərdə minaya düşərək şəhid olmuş jurnalistlərin ailələrini ziyarət ediblər.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili Jalə Əhmədova özünün facebook sosial şəbəkə hesabında verib. Xanım deputatlar şəhid jurnalistlərin ailələrinin problem və qayğıları ilə maraqlanıblar.
"İşğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olmuş Sirac Abışovun (AzTV-nin operatoru) və Məhərrəm İbrahimovun (AZƏRTAC-ın müxbiri) ailə üzvləri ilə görüşdük. Hər iki ailənin problemləri ilə maraqlandıq, onların yanında olduğumuzu bildirdik.
Allahdan Şəhid jurnalistlərimizə rəhmət, yaxınlarına isə səbr dilədik. Allah bütün Şəhidlərimizə rəhmət etsin, Amin".
Ruhiyyə