Newscenter.az.14.06.2021. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) “Ümumdünya Heyvan Sağlamlığı İnformasiya Sistemi (WAHIS)” vasitəsi ilə verilmiş məlumatlara əsasən, ötən ilin yanvar ayından başlayaraq vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogenli quş qripi xəstəliyi artmaqda davam edib, 2020-ci ilin oktyabr ayının ortalarından etibarən yayılma arealı sürətlə genişlənərək daha böyük coğrafi əraziləri əhatə edib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Newscenter.az-a verilən məlumata görə, hazırda dünyanın 54 ölkəsində xəstəlik davam edir.
Ev quşları arasında xəstəlik alovlanmalarının qeydə alındığı, respublikamızla idxal əlaqəsi olan 44 ölkədən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Agentlik tərəfindən diri quş və quşçuluq məhsullarının idxalına OİE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Qalan digər 10 ölkədə xəstəlik vəhşi və ya təsərrüfat əhəmiyyəti olmayan quşlar arasında baş verdiyi üçün OİE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin 10.4.1-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq, məhdudiyyət tədbirləri tətbiq edilməyib.
2020-ci və 2021-ci illərin ötən dövrü ərzində quş qripi xəstəliyi qeydə alınmasıyla bağlı bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiqi həyata keçirilmiş ölkələrin siyahısı.
S/s
Ölkə adı
1
Almaniya
2
Macarıstan
3
Cənubi Koreya
4
Çin
5
Danimarka
6
Polşa
7
Vyetnam
8
Rusiya Federasiyası
9
Niderland
9
Yaponiya
11
Hindistan
12
İran İslam Respublikası
13
İngiltərə
14
İrlandiya
15
Belçika
16
İsrail
17
İtaliya
18
Ukrayna
19
Fransa
20
Qazaxıstan
21
Rumıniya
22
Çexiya
23
Bolqarıstan
24
Slovakiya
25
İsveç
26
Amerika Birləşmiş Ştatları
27
Xorvatiya
28
Şotlandiya
29
Litva
30
Filippin
31
Şimali İrlandiya
32
İraq
33
Uels
34
Səudiyyə Ərəbistanı
35
Küveyt
36
Kamboca
37
Finlandiya
38
Estoniya
39
Əfqanısta
40
Nepal
41
Əlcəzair
42
Cənubi Afrika
43
Mali
44
Lesoto
Orxan