Newscenter.az.15.06.2021. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri zamanı bir daha aydın oldu ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasını sistemli şəkildə davam etdirir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. O bildirib ki, bölgənin nəqliyyat infrastrukturunun şaxələndirilməsinə xidmət edən Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinə yanvar ayında başlanıb, qısa vaxtda işlərin xeyli hissəsi görülüb:
"Artıq sentyabrın 5-də burada birinci sınaq uçuşu yerinə yetiriləcək. Beləliklə, üısa vaxtda azad olunmuş ərazilərimizfə hava nəqliyyatı bərpa olunacaq. Eyni zamanda Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarı da olduqca əhəmiyyətlidir. Vaxtilə düşmən bizə qarşı ekoloji terror həyata keçirərək, su mənbələrimizi də işğal etmişdi. Vətən müharibəsindən sonra biz su resurslarımızı da bərpa etmişik. Məlumdur ki, Köndələnçay su anbarı ulu öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilib. Bu anbar da artıq öz sahiblərindədir. Azərbaycanın nəzarətində olan su anbarları, çaylar, su resursları həm də kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək.
Su ehtiyatlarının səmərəli idarə edilməsi təmin olunacaq. Tədadüfi deyil ki, Vətən müharibəsindən sonra 30 min hektardan çox sahəyə Suqovuşan su anbarından su verilməyə başlanıb. Eyni zamanda, Ağdam rayonunda həcm baxımından daha böyük olan Xaçınçay su anbarı da bizim nəzarətimizdədir. Dövlət başçımız Füzulidə bəyan etdi ki, azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Bizim bütün su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb. Yəni, bu sahədə də işlər plan üzrə gedir".
Deputat qeyd edib ki, azad olunmuş ərazilərdə nəqliyyat və infrastruktur layihələrinin də inşası da davam etdirilir:
"Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlər, eyni zamanda Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpü bunu bir daha təsdiqlədi. Bölgənin ən prioritet məsələlərindən biri enerji təhlükəsziliyidr. Yeni tikilən “Füzuli” və “Şükürbəyli” yarımstansiyalarının inşası işğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulmasını təmin edir. Bu da bütövlükdə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfədir".
Ruhiyyə