Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əgər insan karyeraya pul qazanmaq üçün baxırsa.....



Newscenter.az.18.06.2021. Son illərdə maraqlı şeylər öyrəndim – heç vaxt düşünmədiyim şeylər haqqında düşünmək, ya da bir şeyi təkbaşına etməkdə cəsarətli olmaq – məsələn, faydasız bir işi tərk etmək, nəinki orada boşuna zaman keçirmək. Bu təcrübə mənə müxtəlif hislər yaşatdı – qeyri-müəyyənliyə qaşı olan narahatlıqdan tutmuş, dərin düşüncələr və inanclara qədər – nəticələrə isə, qətiyyən şübhəm yoxdur. Necə deyərlər, təşəbbüskar nəşəsi!

Hər bir fərd təkrarolunmazdır, məna axtaran və məna yaradandır və özünü tapmaq üçün saysız-hesabsız güclü tərəfləri vardır.Karyeranın vasitə və ya məqsəd olması insanın yaşına və həyata necə baxmasından asılıdır. Yaşın, təcrübənin və ailə ənənəsinin də təsiri böyükdür. Əgər insan karyeraya pul qazanmaq üçün baxırsa, onda iş ön plana çıxır. Əgər sosial status olaraq görürsə, o zaman vəzifə və ünvan önəm qazanır. Əgər öz daxili (mənəvi) səyahətini həyata keçirməklə, fərqindəliyə çatmaq məqsədilə o pəncərədən baxırsa, karyerası həyat məqsədi olmuşdur.Mənim karyeram mənim həyat məqsədimdir.......
..
Xoşbəxtlik insanın həyatdan nə istədiyi ilə mütənasibdir. İnsan sevdiyi şeyi və vəziyyəti işə çevirə bilirsə, gördüyü işdə xoşbəxt olar və məmnunluq əldə edər. Bu da öz daxili səyahətini reallaşdırmaqda önəmli bir rol oynayar. Həyat məqsədini də reallaşdırmış olar. Bu səbəbə görə, sevdiyi işi görənlərin daha xoşbəxt olduğu müşahidə edilir.

Yuxarıdakıların heç biri asanlıqla əldə olunmur – onlar illərin nizam-intizamı və özünü-tanıma prosesi tələb edir. Lakin, hamısı çalışmaqla, zəhmətlə əldə olunandır. Heç birimiz mükəmməl deyilik. Hətta, əgər olsaydıq belə, bu cansıxıcı olardı. Daxilinizdəki əsl lideri tapmaq üçün zaman ayırın. Beləcə, dünyaya baxış tərzinizin və dünyanın sizi görmə üsulunun necə dəyişdiyini hiss edəcəksiniz......

Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı
Xəbəri paylaş