Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Politoloq: Rusiyada bəziləri anlamaq istəmir ki, Türkiyə və Azərbaycan istədikləri qərarı veri bilərlər"



Newscenter.az.18.06.2021. Azərbaycanın Baş Prokurorluğu biznes fəaliyyəti ilə məşğul olan, “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanı, “Royalsys Engineering” şirkətinin sahibi David Qalustyanı və “KOMEX” şirkətinin baş direktoru Ara Abramyanı Ermənistan silahlı qüvvələrini və Dağlıq Qarabağ separatçılarını qanunsuz olaraq silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika və əsgəri ləvazimatla təchiz etdiklərinə görə beynəlxalq axtarışa verib.

Doğru qərardır. Ara Abramyan Rusiya vətəndaşı olmaqla yanaşı bu ölkədəki erməni diasporunun rəhbəridir. Əlbəttə, Rusiya Ara Abramyanı bizə təhvil verməyəcək. Ancaq bizim üçün Qarabağ separatçılarını silahlandıran cinayətkarın cibində hansı ölkənin pasportunu daşıması maraqlandırmamalıdır. Ara Abramyan bir tərəfdən Rusiya vətəndaşıdır, digər tərəfdən Ermənistanda parlament seçkisinə qatılıb. Ara Abramyan və separatçılarla əlaqəli olan digər erməni biznesmenlər Rusiya və Ermənistanda özlərini sərbəst hiss etsələr də, bundan sonra kənar dövlətlərə çıxmağa ehtiyat edəcəklər.

Bu arada, Rusiya Dövlət Dumasının müdafiə məsələləri üzrə komitəsinin sədr müavini Aleksandr Şerin haray həşir salıb ki, Türkiyə Azərbaycanı NATO-ya üzv elətdirəcək. Onun bu açıqlamasını Rusiyanın bir xeyli saytı yayınlayıb. Moskvada Şuşa bəyannaməsini yanlış anlayanlar var. Onlar Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın “Türkiyənin Azərbaycanda hərbi baza yaratması istisna deyil və bu Şuşa bəyannaməsinə uyğundur” sözlərini NATO-nun Azərbaycanda hərbi baza yaratması kimi oxuyublar.

Bəli, Türkiyə NATO-nun üzvüdür. Ancaq Azərbaycanda Türkiyə hərbi baza yaradır, NATO deyil və rəsmi Bakı heç vaxt Azərbaycanın Şimali Atlantika Blokuna üzvlüyü ilə bağlı açıqlama verməyib. Belə çıxır ki, Türkiyənin Qətər dövlətində hərbi bazası varsa, Qətər NATO-nun üzvü sayılmalıdır? Məntiq yoxdur. Ona qalsa vaxtilə ABŞ Qırğızıstanda hərbi baza yaratmışdı və Rusiya buna etiraz etməmişdi. Məgər bu Qırğızıstanın NATO üzvlüyü demək idi?

Rusiyada bəziləri anlamaq istəmir ki, Türkiyə və Azərbaycan dil, din və etnik baxımdan bir-birinə bağlı olan iki müttəfiq dövlətdir və istədikləri qərarı veri bilərlər, həm də dəfələrlə deyilib ki, bu ittifaq Rusiyaya və ya başqa üçüncü dövlətə qarşı deyil. Rusiya onu araşdırsın ki, onun erməni əsilli vətəndaşı necə olub ki, Moskvadakı hava limanından illər ərzində qanunsuz və “nəzarətsiz” şəkildə Ermənistana və oradan Qarabağ silah və sursat daşıyıb?

Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin sədri
Xəbəri paylaş