Newscenter.az.18.06.2021. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və xarici işlər naziri Mövlud Çavuşoğlunun evsahibliyi ilə iyunun 18-20-i tarixlərində keçirilən Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Şimali Kiprt Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlunun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Cümhuriyyətinə səfər edib.
Newscenter.az xəbər verir ki, forum çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirən Şimali Kiprin XİN rəhbəri ilk olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Şimali Kiprin XİN rəhbəri Tahsin Ertuğruloğlu Mövlud Çavuşoğlu ilə görüşdən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Forum çərçivəsində Şimali Kiprin xarici işlər nazirinin ikitərəfli görüşləri davam edəcək.
Mehman