Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pakistan Quru Qoşunlarının komandanı Azərbaycana gələcək



Newscenter.az.19.06.2021. Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 20-də Azərbaycana rəsmi səfər edəcək.

Newscenter.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, hərbi əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.
Xəbəri paylaş