Newscenter.az.19.06.2021. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ilə görüşüb.
Newscenter.az səfirliyə istinadən xəbər verir ki, səfir Cahit Bağçıya xeyirli olsun ziyarəti üçün gələn KOBİA rəhbəri rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə səfirə məlumat verib.
Görüşdə Azərbaycanla Türkiyə arasında kiçik və orta biznesin inkişafı sahəsində əlaqələr, ortaq layihələr, eləcə də bu istiqamətdə sərmayə qoyuluşunu artırmaq kimi məsələlər müzakirə edilib.
Sevinc