Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz səni cox sevirik Fulya Öztürk



Newscenter.az.20.06.2021. Yazı qələmə almaq, ürəyindən keçən hissləri məqaləyə çevirmək, kiminləsə bölüşmək istəyi insanda həmişə olmur. Bunun üçün mütləq hansısa bir məqam sənə daxilən “toxunmalı”, sevindirməli, iftixar hissi yaşatmalı və ya narahat etməlidir. Bu sətirlərin qələmə alınmasına da məhz belə bir məqam səbəb oldu.

Bu gün Azərbaycanın mərdlik nümunəsi olan gənclərin yetişməsi və torpaq uğrunda fədakarlıq göstərərək, şəhid olması, həqiqətən də, tariximizdə qürurla adlarını çəkdiyimiz Nəbilərin, Koroğluların, Babəklərin, eləcə də, Mübarizlərin, Poladların, Fəridlərin olduğunu göstərən faktlardır. Təkcə son aylarda müşahidə etdiyimiz və şahidi olduğumuz olaylar, bizlərə onu da deməyə əsas verir ki, bu torpaq hər zaman qorunacaq, düşmən mövqeyini məhv edəcəkdir. Bəs bu mərdliyi, mübarizliyi haqq savaşını öz daxili vicdan, kədər, sevinc hissi ilə dünyaya bəyan edən qardaş Türkiyə dediyimiz ölkədən gələn,ən şirin nemət olan canını təhlükəyə ataraq cəkilişlər edən hərbi mühabir Fulya Öztürk haqqında cəkişməli müzakirələr???

44 günlük müharibə başlayandan 2 gün sonra, yəni 29 sentyabrda və ondan 15 gün sonra mən cəbhə bölgəsinə yol aldım.Burda şahidlik etdiyim qorxu həyacan, şəhid, yaralılar bir ömür yaddaşında silinməz izlər buraxdi.Gecəni səhərə qədər eşitdiyim avtomat, top, qrad səsləri....Hələ döyüş bölgəsinə cox yaxın yerdə böyük coşqu ilə qələbə xəbərini gözləyən kənd sakinlərindən müsahibə götürərkən mənim durduğum yerə 1 saat qabaq qrad düşüb ati parca parca etdiyini eşitməyin qorxusu.......və daha nələr .....

Daha sonra erməni vandallarının Gəncəyə 2 ci dəfə raket atışının səhəri mən doğma Vətənim olan Gəncəyə yollandım.Şəhərin girəcəyindən toz duman sanki insanların gözündə oxunan kədərin acısından, hadisə yerində bədəni tikə tikə dağıntılar altından cıxarılan bir yaşlı körpə, qanın icində kücəyə səpələnən uşaqların məktəb ləvazimatları, ah nalə cəkən analar atalar, bədəninin yarisi qonşu evin su cəninin yanına düşən qadın cəsədi.......

Bütün bunları hönkürtü ilə lentə alarkən qışqırıb ağlamaqdan səsim batmışdı.....Bunları elə belə qələmə almıram.Mənim şahidi olduğum 3 səfərin acısı Fulyanın 44 gündə gördüklərinin 10 faizi deyil.Mən bu xalqın vətəndaşıyam, amma Fulya bu xalqın vətəndaşı deyil....Raketin başının üstündən kecib bir addımlığında partlaması, əlinin körpə cəsədinə dəyərkən kecirdiyi hissi qışqırtını,Bərdədə ata balanın qucaqlaşmış cəsədini görməyinin ürək ağrısı, zəfərimizdə gecə ilə kücəyə qacıb zəfər sevincini yaşayan bu cəngavər qızın etdiklərini unudan xalqımın jurnalist adı altında gizlənən bacı qardaşları....

Azərbaycan xalqı tarixən qonaqpərvər və qədirbilən xalqdır.Mən bugün təklif edirəm ki, " Günəbaxan" kimi bayağı verilişin öhdəsindən gələ bilməyən, bizi müharibə vaxtı buraxmırdılar bəhanəsi gətirən ( mən necə getdimsə onlarda gedə bilərdilər) xəbis ruhlu insanlar səhfini başa düşsün və incə ruhlu qonağımıza nəinki kino cəkmək, hətta ən ali mükafatların verilməsi yönündə fəaliyyətlərini davam etdirsinlər.Dünəndən bu məsələ ilə bağlı fikir bildirmək düşünsəmdə, bugün buna qəti qərar verdim,Cünki görünən odur ki, "bir dəli bir quyuya daş atdı yüz ağılll yığılıb cıxarda bilmədi" misalı ilə, hamı yığılıb bu xainliklə gündəmə gəlmək istəyəni ictimai qınaq etməkdənsə, ona züy tutan jurnalistlik adını dizlərinin üstündə özlərinə elan edənlər peyda olur.....

Dəyərli xalqım!!!

Necəki müharibə dövründə bir yumruq kimi birləşib ön cəbhədə igidlərimiz, arxa cəbhədə bizlər o yumruq ilə düşmənin başını əzdik,bugündə eyni yumruq ilə icimizdəki xəbis ruhlu insanların xain fikirinə dəstək yox etiraz edək.Etiraz edək ki, qonağımız Azərbaycan xalqının qədirbilənliyini, zəhmət itirməməsini görsün və haqqını bizə halal etsin......

Biz səni cox sevirik Fulya Öztürk

Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mkafatı laureatı
Xəbəri paylaş