Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistandakı seçkilərdə kim qalib gələcək?



Newscenter.az.20.06.2021. Ermənistanda parlamentə seçkilər keçrilir. Hələki seçkilərin gedişatı barədə hər hansı dəqiq məlumat(lar) olmasa da, seçkiqabağı ab-havadan seçkinin necə keçəcəyi məlum olur.

Seçkiqabağı dövrdə seçkidə iştirak edön bloklar, partiyalar və qruplar arasında sağlam rəqabət sərgilənmədi. Seçqiqabağı təbliğat və təşviqat dövründə tərəflər arasında tənqiddən çox təhqir göründü. Burada diqqəti çəkən əsas namizədlər, yəni hal-hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və eks prezident Robert Koçaryan arasında gedən rəqabətin tənqitdən daha çox təhqir və şantaj xarakterli olması idi. Tərəflər bir-birlərinə qarşılıqlı şəkildə hər cür təhqir və ağır ifadələri işlətmişdirlər. II Qarabağ savaşında Ermənistanın biabırçı şəkildə məğlub olması bu tərəflər arasında söyüş və təhqir ritorikasının artmasına səbəb oldu.

Bu seçkilərdə Eks prezident Robert Koçaryan və hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyandan fərqli olaraq digər bir namizəd də iştirak edir. Bu, Ermənistanın birinci prezidenti Levon Ter Petrosyandır. Levon adıçəkilən digər iki əsas namizəddən fərqli olaraq həm danışıq ritorikasında söyüş və təhqirdən istifadə etmir, həm də Ermənistan və Azərbaycan arasında 30 ilə yaxın davam edən Dağlıq Qarabağ məsələsində nisbətən reallığı anlamağı bacaran və rasional düşünməyi bacaran siyasətçidir.

Bu seçkilərin gərgin şəraitdə keçməsi gözləniləndir. Çünki burada təkcə Ermənistan cəmiyyəti üçün maraqlı olan namizədlər deyil, eyni zamanda region və dünya ölkələri üçün maraqlı olan namizədlər iştirak edir. Nikol Paşinyanın Qərbin dəstəyinə güvənməsi, Robert Koçaryanın isə Rusiyanın dəstəyinə güvənməsi Ermənistanda Qərb ölkələri ilə Rusiyanın maraqlarının toqquşmasını göstərir. Ona görə də tərəflər arasında Qərbin və Rusiyanın təsir mexanizimlərini görmək mümkündür.

Levon Ter Petrosyan da prinsipcə qərbmeylli siyasətçi kimi tanınır. Görünən odur ki, bu seçkidə Levon Ter Petrosyanın iştirakı məqsədə uyğun olub. Bunun isə bir neçə səbəbi ola bilər.

Birincisi, Ermənistanda parlament idarəetmə üsuludur. Yəni seçkidə qalib gələn partiyalar, bloklar və qruplar yeni hökumətin formalaşmasında iştirak edir.

İkincisi, Nikol Paşinyanın bu seçkidə təkbaşına qəlib gəlmə ehtimalının az olması keçrilən seçkiqabağı rəysorğularından məlum idi və seçkidən sonra Paşinyan qalib gələrsə ona parlamentdə koalisiyaya gedəsi etibarlı partiya yaxud şəxs lazımdır ki, burada da Levon Ter Petrosyan daha məqsədə uyğun görünür.

Üçüncüsü, həm Nikol Paşinyan, həm də Levon Ter Petrosyan Robert Koçaryandan fərqli olaraq Ermənistant klanının təmsilçiləridir. Robert Koçaryan isə Qarabağ klanının təmsilçiləridir. Ona görə də Petrosyan və Paşinyan arasında Koçaryana qarşı ortaq fikir mövcuddur.
Dördüncüsü, Levon Ter Petrosyan yaxşı başa düşür ki, II Qarabağ savaşından sonra erməni cəmiyyətində Nikol Paşinyana olan inam hissi azalmağa başladı. Eyni zamanda da Robert Koçaryanın da yenidə hakimiyyətə gəlməsini istəmir erməni cəmiyyəti. Levon Ter Petrosyan da həm Paşinyana, həm də Koçaryana səs vermək istəməyən hissənin səsini almağa çalışır.

Görünən odur ki, seçkidə qalib olacağı təqdirdə Petrosyan və Paşinyan arasında ortaq hökumətin formalaşdırılması məsələsi mümkün ola bilər. Odur ki, seçkinin sonunu gözləmək və prosesləri izləmək daha məqsədə uyğun olar.

Samir Hümbətov-siyasi şərhçi
Xəbəri paylaş