Newscenter.az.20.06.2021. Sabirabad rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə aksiya təşkil olunub.
Newscenter.az xəbər verir ki, aksiyada Sabirabad RİH, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının, GİKM-nin, Gİİ-nin və digər təşkilatların könüllüləri iştirak edib.
"Təmiz hövzələr" aksiyası çərçivəsində Kür çayı su hövzələrinin sahilboyu ətraf əraziləri tullantılardan təmizlənib.
"Təmiz hövzələr" aksiyasının keçirilməsində məqsəd daxili su hövzələrinin sahilboyu ətraf ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin plastik və məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq və bu işlərə daha geniş kütləni cəlb etməklə ölkənin sahilboyu ərazilərinin təmizliyinə nail olmaqdır.
Mehman