Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mafioz Koçaryan uşaq adlandırdığı Paşinyana necə məğlub oldu?



Newscenter.az.21.06.2021. Ermənistanda növbədənkənar parlament seçkiləri baş tutdu və nəticələri də artıq bəllidir. Səslərin hesablanmasına görə Paşinyan liderdir və hələ də ölkənin ən güclü siyasi qruplaşması olan “Qarabağ klanı”nın namizədi cinayətkar Koçaryandan təxminən üç dəfə çox səs topladı.

Bəs, necə oldu ki, Azərbaycanın işğal edilmiş 20 faiz ərazisini çapıb-talayıb satmaqla milyonlar qazanan və kifayət qədər hərtərəfli güclü xarici dəstəyi olan mafioz Koçaryan uşaq adlandırdığı və Ermənistanın məğlubiyyətini bütövlükdə adına yazmağa çalışdığı Paşinyana belə biabırcasına məğlub oldu?!

Əslində bu sualın cavabı 27 sentyabrdan 8 noyabra qədər başa verən hadisələrdə və onların məntiqi nəticəsi kimi 10 noyabrda imzalanan Bəyanatda idi. Sadəcə həmin hadisələri, imzalanan bəyanatı və bununla da Azərbaycanın müəllifliyi ilə ortaya qoyulmuş və artıq tarixi zərurətə çevrilmiş yeni reallığı dərk etmək bacarığı lazım idi. Bunu isə “dəmir yumruğ”un zərbəsini dadmış və ondan lazımi nəticə çıxarmış Paşinyan zamanında dərk etdi.

Elə buna görə də , müharibədə məğlubiyyətə, ona və ailəsinə qarşı hazırlanmaqda olan vendettaya rəğmən kapitulyasiya aktına imza atdı, erkən seçkilər elan etdi, bizim lehimizə müxtəlif bəyanatlar səsləndirdi və lazım gələndə hətta hər şeyə rəğmən forpostu olduğu Rusiyanın bostanına daş atamağa da cəhdlər etdi. Çünki, Azərbaycanın ortaya qoyduğu tarixi reallığl dərk etmişdi, elə onun özünü zamanında hakimiyyətə gətirən güclərin də qəbul etdiyi reallığı anlamışdı. Bu reallığın tərkib hissəsi olan Şuşa bəyannaməsinin zəruriliyini, gücünü və mahiyyətini dərk edirdi!

Bəli, cinayətkar, mafioz və terrorçu Köçəryanı Paşinyan və onun siyasi potensialı deyil, Prezident İlhan Əliyevin rəhbərlik etdiyi Azərbaycan və onun yürütdüyü uğurlu siyasət və diplomatiya darmadağın etdi! Təsadüfi deylidi ki, işğaldan azad edilmiş ərazilərdə çıxış edərkən müzəffər Ali Baş Komandan və qalib Prezident İlham Əliyev “biz Paşinyanın deyil, Koçaryan və Sarkisyanın ordusunu məğlub etdik” deyirdi! Elə buna görə də, əminliklə demək olar ki, tarixə qovuşmuş Qarabağ münaqişəsindən sonra qalmaqda olan mina xəritələri, boşaldılmalı olan kəndlər, ərazilərimizdə olan terrorçu ermənilər, sərhəd məsələsi və ən əsası Zəngəzur dəhlizi ilə bağlı problemlər də çox qısa zamanda həllini tapacaq.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov
Xəbəri paylaş