Newscenter.az.23.06.2021. Azərbaycanda həbsdə olan 20 iranlı məhbus bu gün Astara sərhəd-buraxılış məntəqəsi vasitəsi ilə İrana ekstradisiya olunub.
“Report” xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
Diplomat ekstradisiya olunan iranlı məhbuslardan 9-nun qadın olduğunu bildirib.
Seyid Abbas Musəvi qeyd edib ki, ekstradisiya Azərbaycan və İran arasında məhbusların mübadiləsi üzrə dövlətlərarası razılaşma çərçivəsində həyata keçirilib və ekstradisiya olunan şəxslər məhbusluq həyatının qalan hissəsini İran həbsxanalarında keçirəcəklər.
Onun sözlərinə görə, Azərbaycanda hazırda təxminən 200 iranlı məhbus var. Onlar əsasən narkotik vasitələr, Azərbaycana qeyri-qanuni giriş və qanunsuz yaşama ilə əlaqədar cinayətlərə görə həbs olunublar.