Newscenter.az.23.06.2021. "Vəzifəyə təyin olunan hər kəsi rəhbər şəxs tanımaya bilər və elə bu səbəbdən də Dövlət xidmətinə mühüm vəzifələrə seçim aparıb təqdimat verəndə, kadrların keyfiyyətini, savadını peşəkarlığını və bacarığını nəzərə almalıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, burda söhbət təkcə kadrların işgüzar keyfiyyətlərindən getmir. Kadr seçimi aparılarkən, namizədlərin dünyagörüşü, mənəvi-əxlaqli və digər keyfiyyətləri də nəzərə alınmalıdır:
"Əfsuslar olsun bəzi Dövlət xidmətində vəzifələrə təyin edilmiş kadrların seçimində tamamilə fərqli meyarlar əsas götürülür. Başqa sözlə bəzi kadrlar vəzifələrə rüşvətlə təyin olunublar. Bu məsələdə istər seçim aparan şəxslər və tərəflər, o cümlədən də namizədləri təqdim edən məsul əməkdaşlarla yanaşı onlara təqdimat verən vəzifəli şəxslərdə məsuliyyət daşıyır".
Mehman