Qazax sakinində narkotik vasitə aşkarlandı
Tarix: 23-06-2021, 09:09
Newscenter.az.23.06.2021. Qazax rayon sakinində narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Cabir Əliyev rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbada narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Götürülən maddi sübut ekspertizaya təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.