Newscenter.az.25.06.2021. 7-8 iyul tarixlərində istehsalçılar və İT mütəxəssislər üçün KasperskyOS əməliyyat sistemində kiber immunitetə malik İT həllərinin hazırlanması üzrə onlayn konfrans keçiriləcək. Newscenter.az xəbər verir ki, tədbir iki gün, Moskva vaxtı ilə saat 16:00-dan 20:00-dək baş tutacaq. Yayıma qoşulmaq üçün öncədən qeydiyyat mütləqdir.
Tədbiri giriş sözü ilə Yevgeni Kasperski açıq elan edəcək. Kaspersky əməliyyat sisteminin istehsalçıları isə həll hazırlanmasına kiber immunitetli yanaşmanın nə olduğunu, tətbiqlərin KasperskyOS-a necə yerləşdirilməsi və kiber təhlükəsizlik baxımından necə test olunması barədə danışacaqlar. Konfransın məqsədi əməliyyat sisteminin və onun əsasında proqramların hazırlanması barədə təcrübə ilə bölüşmək və iştirakçılara gələcəyin təhlükəsiz İT sistemini yaratmaq üçün alətlər təqdim etməkdir.
Bundan öncəki KasperskyOS Night konfransının necə keçdiyini buradan izləyə bilərsiniz.
Sevinc