Ağstafada zəlzələ olub
Tarix: 26-06-2021, 09:17
Newscenter.az.26.06.2021. Azərbaycanda zəlzələ olub.
Bu barədə Newscenter.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir. Yeraltı təkanlar yerli vaxtla saat 01:58-də Qazax stansiyasından 28 kilometr şimal-şərqdə, Ağstafa rayonunda qeydə alınıb.
Zəlzələ 3 maqnitudada baş verib. Zəlzələ ocağı 4 kilometr dərinlikdə yerləşib.
Təbiət hadisəsi hiss olunmayıb.