Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərsu” havaların istiləşməsi ilə bağlı gücləndirilmiş iş rejiminə keçib



Newscenter.az.26.06.2021. “Azərsu” ASC Havaların kəskin istiləşməsi ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

Newscenter.az-ın quruma istinadən verdiyi məlumata görə, son günlər temperaturun yüksək olması ilə əlaqədar içməli suya tələbat kəskin artıb və tələbatı ödəmək üçün mənbələrdən Abşeron yarımadasına ötürülən suyun həcmi artırılıb.

Abunəçilərin dayanıqlı içməli su ilə təmin olunması, anbar ehtiyatlarının toplanması üçün təsdiqlənmiş reqlamentə uyğun olaraq rejimlərin tənzimlənməsi işləri aparılır və bəzi ərazilərdə suyun verilmə qrafiklərində müəyyən dəyişikliklər edilir.

"Abunəçilərdən xahiş edirik ki, yayda, xüsusilə də kəskin istilərin müşahidə olunduğu günlərdə içməli sudan maksimum qənaətlə istifadə etsinlər, bağ massivlərində və həyət evlərində yaşayanlar yaşıllıqların suvarılmasında israfçılığa yol verməsinlər. Burada edilən israfçılıq paylayıcı şəbəkələrin ucqar nöqtələrindəki abonentlərin su təminatına mənfi təsir göstərir ki, bu da həmin ərazilərdə yaşayan insanların haqlı narazılığına səbəb olur".

Xatırladaq ki, ötən gecə Kür-Bakı magistral su kəmərində baş vermiş qəza Binəqədi rayonunun bəzi ərazilərinə suyun verilməsində məhdudiyyətlərə və ya təzyiqin zəif olmasına səbəb olub. Qəza briqadaları əraziyə cəlb olunub və təmir-tikinti işlərinə başlanılıb.

Sevinc
Xəbəri paylaş