Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müdafiə naziri Vətən müharibəsinin başladığı ilk saatlardan danışıb



Newscenter.az.26.06.2021. "Sentyabrın 27-də saat təxminən 5-i keçmişdi ki, düşmənin intensiv şəkildə bizim mövqelərimizi və cəbhəboyu kəndləri atəşə tutması ilə bağlı mənə məruzə olundu. Təbii ki, mən dərhal iş yerinə gəldim və müvafiq tapşırıqlarımı verdim".

"Report" xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Real" TV-yə müsahibəsində deyib.

"Saat 6 radələrində bunlar artıq ağır artilleriyadan atəş açmağa başlamışdılar. Bilirsiniz ki, bizim itkilərimiz də oldu. Dərhal mən Ali Baş Komandana məruzə elədim və Ali Baş Komandandan müvafiq tapşırıqlar aldım. Eləcə də, əks-hücumla "Dəmir yumruq" əməliyyatının həyata keçirilməsi ilə bağlı göstəriş aldım. Beləliklə, Azərbaycan Ordusu əməliyyatlara başladı", - nazir əlavə edib.
Xəbəri paylaş