Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəkidə şəhid ailələri ilə görüş keçirilib-FOTOLAR



Newscenter.az.26.06.2021. 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə Şəkidə şəhid ailələri ilə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, gGörüşdə Milli Məclisin deputatı Vüqar İskəndərov, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinin əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri iştirak edib.

Çıxış edənlər qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin yazdığı tarix bizim qürur mənbəyimizdir. Milli Məclisin deputatı Vüqar İskəndərov da çıxışında bildirib ki, şəhidlər ən şirin nemət olan canlarını vətən yolunda fəda etdilər. Ona görə də daim onların yadigarı olan ailələrinə diqqət və qayğı ən yüksək formada olmalıdır. Şəkidə də şəhid və qazi ailələrinə xüsusi diqqət ayrılır. Daha sonra göstərdikləri qəhrəmanlığa görə şəhidlərin təltif olunduqları medallar ailələrinə təhvil verilib.

NEWSCENTER.AZ.

Xəbəri paylaş