Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Ramil Həsənovla Vəkillər Kollegiyasının sədr müavini arasında İNSDENT YAŞANDI-VİDEOLAR



Newscenter.az.27.06.2021. Bu gün Bakının mərkəzindəki “Four Seasons” otelinin foyesində Milli Məclisin deputatı Ramil Həsənovla Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında çəkişmə olub.

Newscenter.az aktual TV-yə istinadən xəbər verir ki, mMübahisə zamanı deputatı idmançı cüssəli şəxslər müşaiyət ediblər. Vəkilin sözlərinə görə, Nəsimi Rayon Məhkəməsinin qərarını icra edərkən deputat ona hücum çəkib, senzuradan kənar ifadələrlə təhqir edib.

Deputatı özündən çıxaran isə M.Mustafayevin peşə fəaliyyətini yerinə yetirərək Nəsimi Rayon Məhkəməsinin iclasında Moldova əsilli britaniyalı biznesmen Almari Vael Süleymanın qanuni nümayəndəsi qismində iştirak etməsi olub.

Xatırladaq ki, Almari Vael Süleymanın keçmiş arvadı hazırda deputat Ramil Həsənovla evlidir. Britaniyalı biznesmenin həmin evlilikdən olan qızı isə indi Bakıda, deputatın evindədir. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət edib.

NEWSCENTER.AZ

Xəbəri paylaş