Newscenter.az.27.06.2021. Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri, qazilər və ictimai fəalların iştirakı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə bağlı, Goranboy rayonu ərazisində yerləşən “N” saylı Hərbi Hissədə tədbir keçirildi.
Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən millət vəkili Anar Məmmədov, icra başçısı Məhərrəm Quliyev və digər çıxışçılar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər barədə danışaraq, bu Şanlı Qələbə münasibəti ilə bir daha bütün zabit və əsgərlərimizə, Vətən müharibəsinin iştirakçılarına təbriklərini bildirdilər, Şəhidlərimizin əziz xatirəsi ehtiramla anıldı.
Tədbirdə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları əsasında verilmiş medallar şəhid ailələrinə və qazilərimizə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Milli İrs Siyahısına salınan və Azərbaycan xanımının şərəf və namus simvolu kimi dəyərləndirilən kəlağayı şəhid analarına və xanımlarına təqdim edildi. Həmçinin Hərbi Hissənin fərqlənən 6 nəfərinə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələri - qol saatları təqdim edildi. Daha sonra Hərbi Hissənin yeməkxanasında əsgərlərimizlə birgə, nahar edildi.
Mehman