Newscenter.az.27.06.2021. Respublikada taxıl biçini davam edir. İyunun 26-n olan operativ məlumata görə, artıq 631788 hektar sahədə biçin başa çatıb. Sahələrdən 2014551 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,9 sentner təşkil edir.
Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bugünədək 331990 ha sahədə arpa, 299798 ha sahədə buğda biçini aparılıb. Sahələrdən 1030492 ton arpa, 984059 ton buğda yığılıb. Arpa üzrə orta məhsuldarlıq 31 sentner, buğda orta məhsuldarlıq isə 32,8 sentner təşkil edir.
Biçin prosesində 1702 kombayn iştirak edir. Bunlardan 952 kombayn fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Biçində “Aqroservis” ASC-nin rayon bölmələrində olan 484 kombayn iştirak edir, “Aqroservis” tərəfindən aktv biçin gedən rayonlara digər bölgələrdən 266 kombayn dislokasiya edilib. İndiyədək “Aqroservis” ASC-nin kombaynları ilə 198418 ha, özəl kombaynlar ilə isə 433370 ha sahə biçilib.
Biçin davam edir.
Orxan