Newscenter.az.28.06.2021. Milli Məclisin deputatı Vüqar İskəndərov iyun ayı ərzində növbəti qəbulunu keçirib.
Newscenter.az xəbər verir ki, vətəndaşlarla görüş mövcud karantin qaydalarına uyğun şəkildə təşkil olunub. Qəbulda iştirak edən şəhər sakinləri müxtəlif məsələlərlə bağlı problemlərini dilə gətiriblər. Əlillik təyinatı, sosial müdafiə məsələləri, məşğulluq, səhiyyə və digər sahələrlə bağlı müraciətlər dinlənilib.
Deputat əksər məsələləri elə yerindəcə həll edib. Deputatın səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyatı üzrə yönləndirilmək məqsədi ilə qeydiyyata alınıb. Vətəndaş qəbulu növbəti aylarda da davam edəcək
Arzu