Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Ermənistan əməkdaşlıq prosesinə qoşulmaqda özü maraqlı olmalıdır”



Newscenter.az.28.06.2021. Ermənistan yeni yaranmış imkanlardan düzgün istifadə etməli və sülh prosesində iştirak etməkdə özü maraqlı olmalıdır. Prezident İlham Əliyevin Silahlı Qüvvələr günündə zabitlərlə görüşdə bir daha bu ölkəyə xəbərdarlıq etdi. Eyni zamanda Azərbaycan əsas şərtlərini bir daha xatırlatdı - Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək, öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək. Bu, Azərbaycanın növbəti xəbərdarlığıdır. Təbii ki, hazırki mərhələdə Ermənistan üçün ən düzgün yol Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmaq, delimitasiya üzrə işçi qrup yaratmaq və sülh müqaviləsinə hazırlıq işlərinə başlamaqdır.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Onun sözlərinə görə, Ali Baş Komandanın da bəyan etdiyi kimi, əslində bu gün Azərbaycana Ermənistan lazım deyil, Ermənistansız da Azərbaycan bölgədə istədiyinə nail olub, qonşuları ilə bütün kommunikasiyaları qurub, enerji xətlərini çəkib, dəmir yollarını, bütün nəqliyyat layihələri icra edib: “Ermənistan ilk növbədə xahiş etməli, qonşularından icazə almalıdır ki, bu prosesə qoşulsun”. Çünki bu, ilk növbədə Ermənistanın özü üçün vacibdir".

Deputat qeyd edib ki, 44 günlük müharibə onsuz da səfalət içində olan Ermənistanı darmadağın edib:

"Bu böhrandan yeganə çıxış yolu Azərbaycanın yaratdığı imkanlardan səmərəli yararlanmaqdır. Revanşizm Ermənistan üçün siyasi intihara bərabərdir. İlk növbədə ona görə ki, bu ölkənin müharibə üçün heç bir potensialı yoxdur. Özünü təcrid etmə siyasəti ilə təbii ki, yenidən ayağa qalxmaq mümkün deyil. İnkişafın mümkün və yeganə yolu Azərbaycan başda olmaqla bütün bölgə dövlətləri ilə normal münasibətlər qurub, ərazi iddialarından əl çəkərək əməkdaşlıq imkanlarını dəyərləndirməkdən keçir. Yəni, Ermənistan itirdiyi 30 ilin, işğalçılıq siyasətinin ona vurduğu zərərləri təkrar hesablamalıdır".

Könül Nurullayeva deyib ki, müharibədən ötən 7 ayın nəticələrinə baxdıqda Ermənistanın yenə vaxt itirməkdə davam etdiyini görürük:

"Çünki 7 ay ərzində Azərbaycan bərpa prosesinə başlayıb. Azad olunmuş ərazilərin bərpası kompleks şəkildə aparılır. Yeni mərhələdə Azərbaycan bölgənin lokomativi kimi mövqeyini daha da möhkəmləndirəcək. Təbii ki, regionun lider dövləti ilə əməkdaşlıq bütün ölkələrin marağındadır".

Ruhiyyə
Xəbəri paylaş