Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin sədri Sahibə Qafarova Macarıstana rəsmi səfərə gedir



Newscenter.az.28.06.2021.
Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti iyunun 28-dən iyulun 1-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində rəsmi səfərdə olacaq.

Newscenter.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclis Sədrinin birinci müavini, Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Kamilə Əliyeva, Elman Nəsirov, Asim Mollazadə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər çərçivəsində Milli Məclisin Sədrinin ölkənin Baş naziri, Milli Assambleyanın sədri və Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə parlamentlərarası əlaqələrin bugünü, gələcək inkişaf istiqamətləri və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılacaq.

Burada Milli Məclisin Sədri Türk Şurasının Budapeşt nümayəndəliyinin ofisində, Diplomatik Akademiyada olacaq, məruzə ilə tədbir iştirakçıları qarşısında çıxış edəcək.

Arzu
Xəbəri paylaş