Newscenter.az.28.06.2021. "Dünən peşə fəaliyyətini həyata keçirən zaman Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Mukhtar Mustafayevlə bağlı baş verən hadisə təəssüf hissi doğurur".
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov millət vəkili Ramil Həsənovla Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Mukhtar Mustafayev arasında baş vermiş insdentə münasibət bildirərkən qeyd edib.
Anar Bağırov özünün facebook profilində qeyd edib ki, Muxtar Mustafayev hadisənin təfərrüatı ilə bağlı əlaqə saxlayaraq dərhal ətraflı məlumat verib:
"Artıq hər kəsə məlum olduğu kimi, qüvvədə olan qanunvericiliyə əsasən ölkəmizin Daxili İşlər Nazirliyi tərəfindən təxirəsalınmadan müvafiq zəruri tədbirlər görülüb, ölkə ictimaiyyəti bu barədə operativ qaydada məlumatlandırılıb. Bununla bağlı DİN rəhbərliyinə vəkil korpusu adından xüsusi minnətdarlığımızı bildiririk. Hər kəsi etikadan kənar şərhlərdən, digər şəxslərin şərəf və layəqətini alçaldan ifadələrdən çəkinməyə çağırıram".
Mehman