Newscenter.az.30.06.2021. Antalya şəhərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.
“Report” xəbər verir ki, tərəflər iki ölkə arasındakı əlaqələri və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edirlər.
Belə ki, XİN başçıları əməkdaşlığın inkişafını, təhlükəsiz turizm məsələlərini, “Sputnik V” vaksininin Türkiyədə tətbiqini, Suriya və Liviya məsələlərini nəzərdən keçirirlər.
Tərəflər, həmçinin Cənubi Qafqazda, xüsusilə də Qarbağdakı vəziyyəti müzakirə edirlər.