Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda elektrik enerjisinə rekord tələbat qeydə alınıb

Azərbaycanda elektrik enerjisinə rekord tələbat qeydə alınıb


Newscenter.az.1.07.2021. İyunun 29-da “Azərişıq” ASC-nin Xidmət Göstərdiyi Ərazilərdə elektrik enerjisinə tələbatda rekord göstərici qeydə alınıb.

Bu barədə qurumdan məlumat verilib.

Məlumata görə, iyunun 21-dən etibarən havanın temperaturunun mövsüm normasından yuxarı olması səbəbindən soyutma və havalandırma avadanlıqlarının istifadəsinə tələbat yüksək olub: "Bu da, təbii olaraq elektrik enerjisi istehlakının artmasına səbəb olub. İyun ayının 21-26-sı aralığında enerji göstəricisinə təlabat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik 6,2 milyon kVts artıb. İyun ayının 27-si 16,4 milyon, iyun ayının 28-i 20,4 milyon, iyun ayının 29-u isə 18,2 milyon kVts olmaqla son 3 gündə 55,0 milyon kVts elektrik enerjisinin istehlakında artım qeydə alınıb. Bununla da iyun ayının 29-u elektrik enerjisinin günlük tələbatı “Azərişıq” üzrə 66,4 milyon kVts qeydə alınıb ki, bu da elektroenergetika tarixində rekord göstərici olub. İyun ayında isə ümumi artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 106 milyon kVts olması gözlənilir.

"Azərişıq” abunəçilərə xəbərdarlıq edilir ki, soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur ki, bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır. İstifadə edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında təqdim olunan bildirişlərdə öz əksini tapacaq. Bir daha xahiş olunur ki, elektrik enerjisindən istifadədə təhlükəsizlik qaydalarına riayət etsinlər. Həmçinin hər abunəçi sahə personalına müraciət etməklə sayğac göstəricilərinin qeydiyyata alınmasında şəxsən iştirak edə bilər.

Ayrıca qeyd etmək istəyirik ki, oxunma qrafiklərindən kənarlaşmaların aradan qaldırılması, indeks göstəricilərinin sistemə daxil edilməsində insan faktorunun və xətanın 0-a endirilməsi eyni zamanda hesabat dövrünün qüsursuz icra edilməsi üçün “Azərişıq”da yeni layihələrdən biri olan, sayğacların optik göz vasitəsilə oxunması işi reallaşdırılır. Sayğac göstəricilərinin birbaşa sistemə ötürülməsi insan faktoru olmadan həyata keçirilir.

İstehlakçılarımız elektrik enerjisinin istifadəsinə dair şikayətləri olduğu təqdirdə [email protected] elektron poçt ünvanına və yaxud “199” Çağrı Mərkəzinə müraciət edə bilər".
Xəbəri paylaş