Newscenter.az.1.07.2021. Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Çaykənd kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumata görə, ümumi çəkisi 3 125 kiloqram olan, 9 773 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.