Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Huner Group-un təsisçisi Ehtiram Quliyev Azərbaycan Respublikasının Prezidenti adından medalla təltif olunub



Newscenter.az.1.07.2021. Huner Group-un təsisçisi və direktoru Ehtiram Quliyev Azərbaycan Respublikasının Prezidenti adından “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.

Newscenter.az xəbər verir ki, medalın təqdimetmə mərasimi bu gün Müdafiə Nazirliyində keçirilib.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi ərzində bütün qüvvəsini səfərbər edən şirkətimiz Silahlı Qüvələrə Yardım Fonduna maddi yardım etməklə yanaşı, eyni zamanda tibbi müəssisələrdə istifadə edilməsi üçün külli miqdarda tibbi ləvazimat ianəsi həyata keçirmiş, 4 ədəd təcili tibbi yardım avtomobili və 15 nəfər əməkdaşı ilə birlikdə birbaşa cəbhədə ordumuza öz dəstəyini göstərmişdi.

Vətən müharibəsində iştirak edən əməkdaşlarımızdan beşi döyüş əməliyyatlarında xüsusi şücaət nümayiş etdirdikləri üçün Ali Baş Komandan tərəfindən müxtəlif orden və medallarla təltif ediliblər.

Sevinc
Xəbəri paylaş