Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İş adamlarının Laçın və Kəlbəcərə səfəri təşkil olunacaq



Newscenter.az.1.07.2021. İşğaldan azad edilən ərazilərdə xidmət göstərən şəxslərin ilkin istehlak tələbatlarını ödəmək məqsədilə ərzaq, əczaçı dükanları, bankomatlar və s. açılacaq.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupun keçirilən növbəti iclasında bildirilib.

İclasda bu məqsədlə iş adamlarının iyul ayı ərzində Kəlbəcər və Laçın rayonlarına səfərinin təşkili ilə bağlı məsələ müzakirə edilib, səfərin proqramı və marşurutunun hazırlanması, həmçinin təhlükəsizlik məsələlərinin təmin olunmasının vacibliyi qeyd edilib.
Xəbəri paylaş