Newscenter.az.1.07.2021. Yazdığımi tək siyasi şərhçi olaraq deyil adi bir vətəndaş və ən əsasda xaricdə yaşayan azərbaycanlı kimi qəbul edin lakin, inanmıram ki bu barədə hansısa sayt redaktoru nədə jurnalist çəkinmədən bu yazdığımi dərc etsin. Buna baxmayaraq yenədə yazdıqlarımı həm bir Azərbaycan vətəndaşı həmdə ictimai fəaliyyətlə məşğul olan biri kimi borc bilirəm.
Beləliklə, söz Azərbaycan diasporasının və onun fəaliyyətindən gedir. İlk öncə diasporanın anlayışını verək - "Bir toplumun aid olduğu və tarixən yaşadığı torpaqlardan uzaq məsafədə yaşaması durumu". İfadə kimi diaspor sözü yunan dilində olan səpələmək sözündən formalaşmışdır. Yəni bir toplumun basga ölkə və toplum içində məskunlaşan millətinin nümayəndəsinə diaspor ifadəsi işlədilir. Çox gözəl. Bəs bu diasporanı idarə edən kimdi? Burda duran məsələdə daha vacibdi. Azərbaycanda da digər dövlətlərdə olduğu kimi "diaspor fəaliyyəti" ilə məşğul olan lakin diaspora sözünün mənasını belə anlamayan və hər zaman fəaliyyətsizliyi ilə göz qabağında olan strateji baxımdan vacib Diasporla İş üzrə Dövlət Komitəsi var. Bu Komitənin əsas məqsədi nədir?
Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi, digər dövlətlərin diaspora və lobbiçilik təşkilatları ilə işin qurulması və sair və ilaxır. Bəs 2002 çi ildən yaradılan Komitə bu məqsədlərə nə dərəcə çatıb və Azərbaycan üçün nə cür tövbə verib? Uzun illərdir bu Komitənin işi barədə danışılır, müzakirələr aparılır, lakin nəticəsidir. Komitənin keçmiş rəhbəri Nazim İbrahimovun kim olduğu hamıya bəlli idi. Adam ancaq öz maraqları çərçivəsində işini qurub bizneslə məşğul idi. Sonda diaspor fəaliyyətini uzun tənqidlərə məruz qaldıqdan İbrahimovu biznesini toparlayıb yola saldılar və hərkəs düşündü ki elə problem İbrahimov imiş. Yerinə gənc deputat Fuad Muradov gətirildİ. Hər kəs düşündü ki gənc və enerjili ( deputat kreslosunda belə heç də gözə çarpmayan) Sədr axırki bu işə bir əncam çəkər və Azərbaycan naminə çalışar. Lakin görünən budur ki, Komitənin bəxti bəxt deyil ora gələn həcdə gedəndə fərqli deyil.
Düzdür Muradov ilk başda " guya nəsə etməyə çalışdı", lakin bu murdar sistem gənc Sədri də öz caynağına keçirdi))). Daha çox şelf imidji ilə məşğul olan, özünün brend aksesuarlarını və geyimləri, iş səfərlərinə gedib , bahalı otellərdə galıb, iş gorüsmələri altında yeyib içmə düzəldən, xaricdəki dərnəklərlə sövdələşmələr qurub, ildə bir neçə dəfə tədbirlər keçirdən və bu tədbirlərə külli pullar silən və nəticədə yenədə Komitəni gözdən salan və heç bir fəaliyyət göstərməyən Təzənin Kohnədən nə fərqi var?!
Bu suala cavab tapmağ üçün yenədə Komitədə baş alıb gedən "sistemi və ordakı abuhavani" günahlandırmağdan basga çarə galmır deyəsən.Mənən razılaşmaya bilərsiniz. Lakin xaricdə yaşayan Azərbaycanlı olaraq bu işin nə dərəcə acinagqlı olduğunu bilirəm.
Çox uzağa getməyək Xaricdə yaşayan Azərbaycanlilar illərdir ermənilər tərəfindən işğala məruz qalan Qarabağ müharibəsini, Xocalı gətliamını dünya ictimaiyyətinə çatdırmağ üçün bir çox işlər görüblər, dəridən gabıgdan çıxıblar, bugün belə bu işlər görülür, Diaspora Komitəsi isə bu işlərin əksəriyyətini öz adına çıxıb reklamla məşğul olub Dövlət başçısına fəaliyyətləri kimi sırıyırlar.
Azərbaycan Qarabağ müharibəsini bitirsə də, dünyada informasiya müharibəsi davam edir. Erməni diasporası və lobbisinin gördüyü işlərlə baxanda bizim işlər heç müqayisə bele olunmur. Ona görədə demək istədiyim budur ki, ay Komitə və onun dəyərli əməkdaşları siz nə gedər Azərbaycan üçün yox öz immidjinizə və cibinizə calışacagsınız biz o gedər zəif bənd olaraq diaspor fəaliyyətini də geri qalmagda davam edəcəyik.
Ramiyə Məmmədova-siyasi şərhçi