Newscenter.az.2.07.2021. 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 68 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Bunlardan da 21 nəfəri həlak olub. Bundan başqa 5 nəfərlə bağlı daxil olmuş məlumat dəqiqləşdirilir.
Bu barədə məlumat Neüscenterşaz-a Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyindən daxil olub. Bildirilib ki, 30 İyun 2021-ci il tarixdə Azərbaycan Respublikasının Xocavənd rayonunda Rusiya sülhməramlıların nəzarət etdiyi ərazidə Ermənistan ordusunun 3 hərbçisi özlərinin basdırdıqları minanın partlayışına məruz qalıb, nəticədə 1 nəfər ölmüş və 2 nəfər yaralanıb.
Mehman