Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova: "Azərbaycan Polisi özünün cəsurluğu ilə bir örnəkdir"



Newscenter.az.2.07.2021. Azərbaycan Polisinin yaranmasının 103-cü ildönümü və peşə bayramı münasibətilə bütün polis əməkdaşlarını təbrik edirəm.

Azərbaycan Polisi özünün cəsurluğu, qorxmazlığı və mübarizliyi ilə bir örnək, məktəbdir. Cinayətkarlıqla mübarizədə hər zaman barışmaz mövqe nümayiş etdirən polislərimiz, Birinci və İkinci Qarabağ müharibələrində Silahlı Qüvvələrimizin əsgər və zabitləri ilə birlikdə çiyin-çiyinə vuruşaraq şücaətlər göstəriblər. Vətənimizin suverenliyi uğrunda canından keçmiş Şəhidlərimiz arasında yüzlərlə polis əməkdaşlarımız, sağlamlığını itirmiş neçə-neçə igidlərimiz var.

Ölkəmizdə keçirilən mötəbər tədbirlərdə Azərbaycan polisinin rolunu xüsusi ilə qeyd etmək istəyir, ictimai-siyasi sabitliyin, dövlətin və xalqın təhlükəsizliyinin qorunması istiqamətində qarşıya qoyulan vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdiklərinə görə bütün polis əməkdaşlarına öz ​ təşəkkürlərimi bildirmək istəyirəm.
Əziz polislərimiz,

Qoy bütün bilik və bacarığınız gələcəkdə də ölkəmizin nüfuzunun artmasına, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə yeni-yeni töhfələr bəxş etsin.

Bayramınız mübarək!

Jalə Əhmədova Milli Məclisin deputatı
Xəbəri paylaş