Newscenter.az.2.07.2021. "02 iyul tarixi Azərbaycan Polisinin peşə bayramı qeyd edilir. Azərbaycan Respublikası Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov başda olmaqla, Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edirəm.
Müstəqilliyimizin bərpasının ilk illərində, milli ordunun hələ tam formalaşmadığı dövrdə, Azərbaycan polisi öz əsas funksiyalarından əlavə ərazi bütövlüyümüzün müdafiəsi uğrunda mənfur erməni işğalçılarına qarşı mübarizənin əsas yükünü öz üzərinə götürüb, yüzlərlə şəhid verməklə şərəfli bir yol keçib".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, 2019-cu ildən başlayaraq, COVİD-19 pandemiyası ilə mübarizədə, 44 günlük Vətən müharibəsində, cinayətkarlıqla mübarizədə və ümumiyyətlə, ölkə ərazisində ictimai-siyasi sabitliyin qorunub saxlanılmasında polis işçiləri ön cəbhədə yorulmadan fədakarlıqla çalışırlar:
"Bir daha bütün polis işçilərini bayram münasibətilə təbrik edir, şərəfli, eyni zamanda çox çətin olan peşə fəaliyyətlərində onların hər birinə uğurlar, əmin-amanlıq, rifah və yeni-yeni nailiyyətlər arzulayıram. Bayramınız mübarək!".
NEWSCENTER.AZ