Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənc fermerlərin Gəncə şəhərinə və Göygöl rayonuna sahə səfərləri keçirilib



Newscenter.az.2.07.2021
. FAO-Azərbaycan Əməkdaşlıq Proqramı çərçivəsində icra edilən “Aqrar Məşğulluğun Artırılması” (AMAL) Layihəsi çərçivəsində gənc fermerlərdən və AMAL layihəsi səfirlərindən ibarət 50 fermer gənc üzvündən ibarət nümayəndə heyəti Gəncə şəhəri və Göygöl rayonuna səfərlər ediblər.

Newscenter.az xəbər verir ki, iki günlük səyahət proqramı zamanı AMAL layihəsi üzrə fermerlər Azərbaycan Dövlət Aqrar Universitetinin əkin sahələrini, Heyvandarlıq Təsərrüfatı Kompleksini və Quşçuluq Tədris Mərkəzini ziyarət etdilər. Daha sonra, Göygöl ərazsinində Bitki Mühafizəsi və Texniki Bitkilər üzrə Elmi Tədqiqat İnstitutu, Heyvandarlıq Problemləri üzrə Elmi Tədqiqat İnstitutu və Süni Mayalanma Mərkəzində oldular.

Nümayəndə heyətini və gənc fermerləri Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov qəbul edib. Görüşdə AMAL layihəsinin nümayəndəsi layihə çərçivəsində mövcud fəaliyyətləri və gələcək planlarını təqdim etdi, rector İbrahim Cəfərov gənc fermerlərin aqrar sektorda həyata keçirdiyi layihə və proqramlar, onların verdiyi töhfələr və qazandıqları uğurların önəmini vurğuladı.

Bu layihənin ümumi məqsədi kənd təsərrüfatında gənclər üçün daha yaxşı imkanlar yaradılmasına dəstək verməklə kənd təsərrüfatı sahəsində yoxsulluğunun azaldılmasına və iqtisadi inkişafın artırılmasına töhfə verməkdir. Nəticədə, sahə ziyarətləri yerli fermerlərin heyvandarlıq və bitkiçilik məhsulları ilə bağlı praktiki bilik və bacarıqlarını artırmağa kömək edəcəkdir.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FAPP) çərçivəsində Azərbaycanın kənd təsərrüfatı sektorunda gənclərin məşğulluğunun artıtılmasını təşviq edir. Tərəfdaşlıq proqramı çərçivəsində xüsusilə kənd yerlərində gənc qadın və kişilərin özünüməşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsinə yönəlmiş “Aqrar Məşğulluğun Artırılması” (AMAL) layihəsi ölkədə kənd təsərrüfatı sahəsində lazımi bacarıqların inkişafı və yeniliklərin tətbiqi yolu ilə həyata keçirilməsini dəstəkləyir.

Mehman
Xəbəri paylaş