Newscenter.az.2.07.2021. Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətini davam etdirir.
Newscenter.az xəbər verir ki, təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin iyun ayında üç hadisə nəticəsində 8 mülki şəxsin və bir hərbçinin mina qurbanı olduğunu qeydə alınıb. Bu hadisələr nəticədə dörd mülki şəxs həlak olub, beş nəfər yaralanıb. 2021-ci ilin iyun ayında minalarla bağlı hadisələr Tovuz, Kəlbəcər və Ağdam rayonlarının ərazisində baş verib.
Mehman