Newscenter.az.2.07.2021. "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti təşkilatın nizamnaməsinə uyğun olaraq, yeni sədr seçkiləri ilə bağlı toplantı keçirib.
Newscenter.az-a Cəmiyyətdən bildirilib ki, toplantı zamanı Cəmiyyətin son ikiillik hesabatı dinlənilib və müxtəlif məsələlər müzakirə edilib. Səsvermə yolu ilə Rəşid Məmmədov yenidən səs çoxluğu ilə növbəti iki il üçün Cəmiyyətə sədr seçilib.
Qeyd edək ki, "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti uzun illərdir Yunanıstanda uğurla fəaliyyət göstərən diaspor təşkilatarındandır.
NEWSCENTER.AZ