Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni platforma növbətçiləri iş başındadırlar



Newscenter.az.2.07.2021. “Bakı Metropoliteni” QSC-nin 2020-ci ilin avqust-sentyabr aylarında sərnişin platforması növbətçisi peşəsinə verilmiş elana uyğun seçimlər əsasında 3 qrupda aparılan təlimlərin yekunu olaraq, kursu uğurla başa vurmuş müdavimlər imtahan verərək işə qəbul olunublar.

Newscenter.az xəbər verir ki, peşə üzrə seçim prosesində 600-dən çox elektron müraciətə baxılıb. Qoyulmuş əsas tələblərə uyğun olan 305 nəfər imtahana buraxılıb. Onlardan 232 nəfəri məntiq və metropolitenlə bağlı ibtidai biliklərə əsaslanan ilk test imtahanında iştirak edib və 53 nəfər keçid balını toplayaraq, növbəti mərhələyə buraxılıb.

Kursda məşğələlər metropolitenlə bağlı ümumi məlumatların verilməsi, daha sonra peşə biliklərinin mənimsənilməsi və yoxlanılması qaydası ilə keçirilib. Yekun olaraq test imtahanları təşkil edilib.

Ölkəmizdə “COVID-19” pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi müddətdə hər üç qrup üzrə kursun tədris prosesi pandemiyanın şərtləri, habelə müvafiq metodiki göstərişlərə uyğun təşkil edilib. Qeyd edək ki, 2020-ci ildə ölkədə elan edilmiş hərbi vəziyyət və xüsusi karantin rejiminin sərtləşdirilməsi səbəbilə üçüncü kursun məşğələləri yalnız karantin rejiminin yumşalma mərhələlərində keçirilib.
Onu da əlavə edək ki, seçim proseslərindən kifayət qədər vaxt keçdiyindən üçüncü qrupun formalaşdırılması məqsədilə ilk imtahan mərhələsində nəticələri məqbul olmuş 31 nəfər yekun müsahibə mərhələsinə yalnız bir sıra məhdudiyyətlərin ləğvi dövründə cəlb edilib. 11 nəfər sonuncu imtahan mərhələsində qənaətbəxş nəticə ilə kursa qatılmaq hüququ əldə edib. Bundan savayı, ikinci qrupdan 3 müdavim Zəfər tarixinin yazıldığı 44 günlük Vətən müharibəsi dövründə səfərbərliyə cəlb olunduğundan, onlar da yeni formalaşdırılmış qrupa dəvət ediliblər. Lakin bu iddiaçılardan yalnız biri kursda iştirak edərək, digər müdavimlər kimi tədrisi başa vurub.

Ümumiyyətlə, qatar maşinistləri ilə yanaşı, stansiya üzrə platforma növbətçisi metropolitenin ictimaiyyət arasında ən çox məşhur olan peşələrindəndir. Platforma növbətçiləri hərəkətin nizamlanmasında mühüm rol oynayırlar.

Kursu müvəffəqiyyətlə bitirərək tibbi arayış təqdim edən 24 müdavim platforma növbətçisi vəzifəsinə işə qəbul edilib.

Mehman
Xəbəri paylaş