Newscenter.az.3.07.2021. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan Newscenter.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 2-də tarixində ölkə üzrə 421 ictimai iaşə obyektində 738 monitorinq keçirilib. Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Sabunçu rayonu, B. Bünyadov küç., ev 510m ünvanında yerləşən, hüquqi şəxs "İSSİ" MMC-yə məxsus kafe;
2. Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində yerləşən, fiziki şəxs Babaşov Amil Xudayar oğluna məxsus restoran;
3. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ştq, Sahil çimərliyində yerləşən, fiziki şəxs Abbasov Yusif Abbas oğluna məxsus restoran;
4. Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kemal Atatürk parkında yerləşən, fiziki şəxs Seyidzadə Mircavid Mirtofiq oğluna məxsus “Park-Fore” restoranı;
5. Tovuz rayonu, Abulbəyli kəndi, Bakı-Qazax şosessində yerləşən, fiziki şəxs Nəbiyev Eldar Qədir oğluna məxsus çay evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Orxan