Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçuların oyunlarının təqvimi təsdiq olunub



Newscenter.az.3.07.2021. Avqustun 18-dən sentyabrın 4-dək Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniyanın ev sahibi olacağı Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi təsdiq olunub.

Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, final mərhələsində A qrupunda yer alacaq yığmamız görüşlərini Serbiyanın paytaxtı Belqradda keçirəcək. Komandamızın rəqibləri meydan sahibləri, Bolqarıstan, Rusiya, Belçika, Fransa, Bosniya və Herseqovina olacaq.

Oyunlarımızın təqvimi

20 avqust
17:00. Azərbaycan - Belçika

21 avqust
18:00. Azərbaycan – Bosniya və Herseqovina

22 avqust
17:00. Rusiya – Azərbaycan

24 avqust
20:00. Azərbaycan - Serbiya

25 avqust
17:00. Fransa – Azərbaycan

Mehman
Xəbəri paylaş