Newscenter.az.3.07.2021. Neftçala rayonunda Azərbaycan Polisinin 103-cü il dönümü qeyd olunub. Newscenter.az Rayon İcra Hakimiyətinə istinadən xəbər verir ki, tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, tər gül dəstələri düzülüb, ehtiramla yad edilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri və veteran polis işçiləri iştirak edib.
Azərbaycan Respublikasının dövlət himni səslənib, xalqımızın ümummilli lideri Heydər Əliyevin, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən, xidməti borcu yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov bildirib ki, demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanan ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladağı fərmanla iyulun 2-nin Azərbaycan Polisi günü elan edildiyini, vətəndaşlarımızın asayişinin, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin keşiyində dayanan daxili işlər orqanlarının bu peşə bayramını da böyük ruh yüksəkliyi və xidmətdə əldə etdiyi uğurlarla qarşıladığını diqqətə çatdırıb. Ümummilli lider böyük uzaqgörən siyasəti nəticəsində daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul olunub.Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevdə hər zaman DİN-ə xüsusi diqqəti və qayğısının nəticəsidir ki, nazirliyin strukturunun və normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təchizatı yaxşılaşdırılıb. Şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə ölkə prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilən Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb. Neftçala RİH başçısı asayişin keşiyində dayanan polislərimizi təbrik edib və onlara uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Neftçala RPŞ rəisi polis polkovniki Vüsal Şəbəndəyev daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək dəyərləndirdiyinə görə bütün şəxsi heyət adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlığını bildirib, ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunması, bu sahədə müsbət dinamikanın qorunub-saxlanılması, fundamental insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və qarşıya qoyulan digər mühüm tapşırıqları tam həcmdə, keyfiyyətlə və vaxtında yerinə yetirilərək, davamlı inkişaf və təkmilləşmə gələcək fəaliyyətin başlıca istiqamətləri olaraq ardıcıllıqla həyata keçiriləcəkdir.
Veteran polis işçiləri ilə görüşən Neftçala RİH başçısı onlarıda peşə bayramları münasibəti ilə təbrik edib və Prezident İlham Əliyevin 31 dekabr 2020- ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeniylə təltif edilən Mustafayev Ağamirzə İmamalı oğlunuda təbrik edib.
Tədbirin sonunda “Polis Günü” münasibətilə rayonda ictimai asayişin mühafizəsi və cinayətkarlığa qarşı mübarizə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup polis əməkdaşı “Fəxri Fərman” ilə təltif olunublar.
Sevinc