Newscenter.az.4.07.2021. "Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələri, qazilərimiz və müharibə iştirakçıları hər zaman diqqətdə saxlanılmaqdadır. Abşeron rayonu Ceyranbatan qəsəbə sakini, şəhid qardaşı Şabanov Rövşən Rauf oğlu tərəfindən daxil olmuş müraciətdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölməsində işlə təmin olunmasına kömək göstərilməsi xahiş edilib. Tərəfimizdən qeyd olunan məsələləyə baxılmış, bununla bağlı qeyd edilən nazirliyin rəhbərliyinə məktub ünvanlanıb".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib ki, müvafiq əmri ilə vətəndaş Şabanov Rövşən Rauf oğlu Sumqayit şəhər Dövlət yanğından mühafizə idarəsinin 24 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsinin yanınsöndürəni vəzifəsinə təyin olunub:
"Şəhid ailəsinin üzvünün işlə təmin olunmasına dair müraciətə həssas və müsbət münasibət bildirdiyinə görə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova təşəkkürümü bildirirəm".
NEWSCENTER.AZ