Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kanadada anomal istilər 700 nəfərin həyatına son qoyub



Newscenter.az.4.07.2021. Kanadanın Britaniya Kolumbiyası əyalətində son həftə ərzində görünməmiş isti hava ilə əlaqədar 700-dən çox insanın ölümü qeydə alınıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə əyalətin baş məhkəmə-tibb eksperti Liza Lapoynt bildirib.

Onun sözlərinə görə, iyunun 25-dən iyulun 1-dək günvurmadan 719 ölüm hadisəsi qeydə alınıb. Bu, analoji dövrlə müayisədə istidən ölüm faizinin adi göstəricilərini 3 dəfə ötüb.

Rekord temperatur kiçik şəhərcik Litonda qeydə alınıb. Orada isti havadan bütün evlər yanıb. Şəhərcik Yer üzündən silinib.
Xəbəri paylaş